Bakıda faciə: uşaq benzin töküb özünü yandırdı

Bakıda faciə: uşaq benzin töküb özünü yandırdı
Hadisə 1369

 

Bakıda 4 yaşlı uşaq faciəli şəkildə ölüb.

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Qobustan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2012-ci il təvəllüdlü Sərxan Fazil oğlu Quliyev yaşadığı evin həyətindəki hamamda qabda olan benzini yerə tökərək yandırıb.

Nəticədə uşağın bədənini alov bürüyüb. Valideynləri alovu söndürüb uşağı xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.  

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dəhşət: Keçmiş arvadının üstünə benzin tökərək yandırdı

Bakıda dəhşət: Keçmiş arvadının üstünə benzin tökərək yandırdı

Bakıda dəhşətli hadisə baş verib. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Şam Bağı” restoranını...

3133 Hadisə 19:47 29 oktyabr 2016

Son xəbərlər