Azərbaycanda ağır qəza - 2 ölü, 3 yaralı

10
apr
2018
14:44
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində “VAZ” və “Mercedes” markalı iki minik avtomobilin toqquşması barədə məlumat daxil olub.FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub."Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Ulduz Eldar qızı Əmrahova, 1987-ci il təvllüdlü Xalidə Qiyas qızı Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Cəmşid qızı Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə nəticəsində iki nəfər - Cəmilə Əsgər qız Məmmədova xəstəxanaya çatdırıldıqdan sonra, Sahib Məmmədov isə xəstəxanaya aparılarkən yolda ölüb. BAKU.WS

Oxşar xəbərlər
FHN Ağsudakı dəhşətli qəza barədə məlumat yayıb - Ölənlərdən biri dövlət məmurudur
Fövqəladə Hallar Nazirliyi bu gün Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi m...