Azərbaycanda 80 yaşlı kişi özündən 27 yaş kiçik 4-cü arvadını baltalayıb
Lənkəranda qətl hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.
İlkin məlumata görə, Lerik rayon Mastail kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlican oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Qeyd edək ki, A.İsmayılova X.Əzimovun dördüncü arvadı olub. Belə ki, X.Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ŞOK: Ər arvadı ilə birlikdə ana və atasını öldürdü, üzərinə beton tökdü (VİDEO)
Kişi həyat yoldaşı ilə əlbir olub, öz ata və anasını baltalayaraq qətlə yetirib. Xezerxeber.az məlumat verir ki, dəhşətli hadisə Masallı rayonunun Miyənkü kənd...