Azərbaycanda ŞOK: Ər arvadı ilə birlikdə ana və atasını öldürdü, üzərinə beton tökdü (VİDEO)

Azərbaycanda ŞOK: Ər arvadı ilə birlikdə ana və atasını öldürdü, üzərinə beton tökdü (VİDEO)
Video
Hadisə 3311

 

Kişi həyat yoldaşı ilə əlbir olub, öz ata və anasını baltalayaraq qətlə yetirib.

Xezerxeber.az məlumat verir ki, dəhşətli hadisə Masallı rayonunun Miyənkü kəndində baş verib. 28 yaşlı Azər Ağayev həyat yoldaşı Asudə Ağayeva ilə birlikdə ailə-məişət münaqişəsi zəminində atası 55 yaşlı Etibar Ağayevi və anası 55 yaşlı Rəfiqə Ağayevanı balta ilə öldürərək cəsədlərini tövlələnin içində basdırıb və üzərini betonla örtüb.

Hadisə iyunun 5-də baş verib. Azər Ağayev maraqlananlara valideynlərinin Rusiyaya yollandığını deyib. Daha sonra isə o, Masallı rayon polis şöbəsinə gələrək ata-anasının itkin düşməsi barədə məlumat verib. Araşdırmadan sonra Azər Ağayev şübhəli şəxs qismində saxlanılıb. O, istintaqa verdiyi izahatında valideynlərini ailə münaqişəsi zəminində öldürdüyünü etiraf edib.

Azər Ağayev cinayət əməlini həyat yoldaşı Asudə Ağayeva ilə əlbir olaraq törətdiklərini də bildirib. Məlum olub ki, onlar öz cinayət əməllərini ört-basdır etmək üçün kişi və qadının itkin düşməsi barədə polisə yalan məlumat veriblər.

Hər iki meyit basdırıldığı yerdən çıxarılaraq müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası şöbəsinə təhvil verilib. Qətli törədənlər isə tutularaq istintaqa təhvil verilib.

Hadisəni törədən şəxslərin üç azyaşlı qız övladları var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Son xəbərlər