Bakıda şok cinayət: kişi həyat yoldaşını öldürərək həyətdə basdırdı

Bakıda şok cinayət: kişi həyat yoldaşını öldürərək həyətdə basdırdı
Hadisə 1133

 

Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.

"Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qadın birgə yaşadığı kişini qətlə yetirib

Bakıda qadın birgə yaşadığı kişini qətlə yetirib

Bakıda qadın birgə yaşadığı kişini qətlə yetirib. BAKU.WS report-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib. Məlumata görə...

1878 Hadisə 11:26 15 avqust 2016

Son xəbərlər