Azərbaycan vətəndaşı Türkiyədə motosiklet qəzasında öldü

04
sen
2017
15:06
Türkiyədə yaşayan Azərbaycan vətəndaşı qəzaya düşüb.Hadisə dünən Kırklarəli əyalətinin Dəmirköy qəsəbəsində baş verib.Belə ki, Qazax sakini 1979-cu il təvəllüdlü Hüseynov Elçin Rövşən oğlu motosiklet idarə edərkən qarşısına çıxan avtomobillə toqquşmamaq üçün sükanı yan tərəfə döndərib. Nəticədə o, motosikletlə birlikdə divara çırpılıb. E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.BAKU.WS xəbər verir ki, mərhumun həyat yoldaşı “Report”a açıqlamasında sənədləşmə işləri üçün sabah, sentyabrın 5-də İstanbula gedəcəyini deyib. Bu işlər başa çatdıqdan sonra cənazənin Qazax rayonuna gətirilməsi üçün Azərbaycanın İstanbuldakı konsulluğuna müraciət olunacaq.Qeyd edək ki, cütlük bir ildir Türkiyədə yaşayırmış. E.Hüseynov inşaat sektorunda çalışırmış.BAKU.WS
Oxşar xəbərlər
Kürəkən general qayınatasının "Gelandewagen"inin təkərlərini deşdi - Bakıda bu da oldu
Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.BAKU.WS "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda maşınların sahibi Etibar H...
