Azərbaycanda qəza: rəis öldü, sədr yaralandı

Azərbaycanda qəza: rəis öldü, sədr yaralandı
Hadisə 32870
 

Qazax rayonu, Çaylı kəndi ərazisində ağır yol qəzası baş verib.

BAKU.WS "ARB-Kəpəz"-ə istinadən xəbər verir ki, Oqtay Hüseynov "Mercedes" markalı minik avtomobilində idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Alov söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yararsız hala düşüb. Müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağırdır.

Onun sərnişini, 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.

BAKU.WS

Oxşar xəbərlər

“HUMMER” qəzaya düşdü- 1 nəfər yaralandı

“HUMMER” qəzaya düşdü- 1 nəfər yaralandı

Ağdaşda yol qəza hadisəsi baş verib. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, adışəkilən şəhərdə "HUMMER” markalı minik av...

1017 Hadisə 10:39 04 avqust 2016

Son xəbərlər