Azərbaycanda yol polisi ilə sürücü arasında nə baş verib? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda yol polisi ilə sürücü arasında nə baş verib? - RƏSMİ AÇIQLAMA
Hadisə 889
Avqustun 22-də Gəncə şəhər sakini Mehdi Əliyevin yol polisi tərəfindən döyülməsilə bağlı məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq.Nazirliyin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov BAKU.WS-in bölgə muxbirinə hadisə barədə danışıb.Qurum rəsmisi bildirib ki, Gəncə şəhər sakini Mehdi Əliyevin şikayətinin heç bir əsası yoxdur.“Avqust ayının 19-da vətəndaş özünə məxsus 20-CR-669 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobildə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma zamanı müəyyən olunub ki, sürücünün idarə etdiyi avtomobilin texniki baxış müddəti bitib.Təbii ki, yol polisinin əməkdaşları tərəfindən bu fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilib, sürücü M.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub.Bununla razılaşmayan sürücü polis əməkdaşına qarşı aqressiv münasibət göstərərək, onun barəsində nalayiq ifadələr işlətməklə xidməti vəzivəsini yerinə yetirməyə maneə törətməyə cəhd göstərib.Sürücünün qeyri-adekvat hərəkətlərini davam etdirdiyini görən yol polisi əməkdaşı hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşlarını dəvət edərək M.Əliyevi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin bölməsinə aparıb.Orada vətəndaşın izahatı alındıqdan sonra İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) barəsində protokol tərtib olunaraq cərimə tənbeh növü tətbiq edilib”, - deyə Eşqin Qasımov bildib.Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Son xəbərlər