SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə sürücü ilə yol polisi arasında insident yaşanıb.

Sürücü Mehdi Əhməd oğlu Əliyev BAKU.WS-in bölgə muxbirinə bildirib ki, avqust ayının 19-u şəhərin Yeni Gəncə qəsəbəsi adlanan ərazisində 20 CR 669 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilini idarə edərkən Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşı (çavuş) Xəyyam Əsgərov adlı şəxs onu saxlayıb.

Heç bir səbəb göstərmədən sənəd tələb edib.

Sürücü buna etiraz etdikdə tərəflər arasında mübahisə yaranıb.

"Avtomobilimi idarə edərkən məni saxladı. Mən hansı əsasla məni saxlayırsan sualını verdim. Mənə "Dur"nişanında dayanmadığımı bildirdi. Mənsə yalan danışdığını və görüntünü göstərməsini xahiş etdim.


Bu zaman övladımın yanında pis söyüşlərlə şəxsiyyətimi təhqir etdi, əlində olan planşetlə qol nahiyəmə zərbələr endirdi.

Sonra telefonumu əlimdən aldı və məni zorla post patrul avtomobilinə mindirdi.

Hətta yanındakı polis əməkdaşları məni buraxmasını və sənədlərimi qaytarmasını xahiş etdi. Lakin Xəyyam Əsgərov onlara məhəl qoymadı.

Məni "basdıracağını" dedi. Məsələ ilə bağlı 102 xidmətinə məlumat vermişəm.

Ayrıca Məhkəmə Tibbi Ekspertiza Komissiyasına getmişəm və onlardan rəy gözləyirəm", - deyə Mehdi Əliyev bildirib.

İlham Məmmədov
BAKU.WS