SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə Lokomotiv Deposunda rəislə işçi arasında yaşanan mübahisə əkbəyaxa davaya çevrilib.

Qurumda maşinist təlimçisi işləyən Sabit Qasımov BAKU.WS-in bölgə muxbirinə bildirib ki, Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov onu ilk olaraq söyüşlə təhqir edib, daha sonra bir neçə dəfə vurub.

"Hadisə zamanı İ.Əsgərov  məni çağırdı və yoldaşımla birlikdə ixtisara düşdüyümüzü bildirdi. Mən buna etiraz etdim və bu zaman mübahisə başladı. Məni təhqir etdi və sonra sinə nahiyyəmə bir neçə dəfə yumruq zərbəsi vurdu", - deyə Sabit Qasımov bildirib.


İ.Əsgərov isə məsələyə belə şərh verib:

“Mən onu vurmamışam. Yanımda şahidlər olub. Gəldi otağıma məni təhqir etməyə başladı. Onu otaqdan çıxardılar. Bir müddət sonra mən otaqdan çıxanda qardaşı ilə birlikdə mənim qarşımı kəsdilər. İndi deyir ki, məni vurub. Polis araşdırsın. Aidiyatı orqanlar bu məsələni araşdırsın. Mən kimsəni nə təhqir etmişəm, nə də artıq hərəkət eləmişəm. Hüquq mühafizə orqanı var, onlar araşdırsınlar".

Qeyd edək ki, hadisə ilə bağlı S.Qasımov Gəncə şəhər Prokurorluğuna və Gəncə şəhər Baş Polis İdarəsinə rəsmi məlumat verib.
BAKU.WS