VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daha bir sürücü ilə yol polisi əməkdaşı arasında baş verən insidentin görüntüləri ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, azxeber.com-a göndərilən video İmişli rayonu ərazisində lentə alınıb. Görüntülərdə 1991-ci il təvəllüdlü Şahməmmədov Təmkin adlı yük avtomobilinin sürücüsü ilə 99-YP-970 dövlət nömrə nişanlı DYP avtomobilindəki polislər arasında yaşanan insident öz əksini tapıb.

Videoda sürücü polisin onu döydüyünü iddia edir. Insident zamanı yol polisi əməkdaşının forması cırılıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:
P.S Videogörüntüdə söyüş var

Nihat HÜSEYNZADƏ
BAKU.WS