SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləğinin artırılması müzakirə olunur. Bununla bağlı Milli Məclisdə büdcə müzakirələri zamanı müəyyən təkliflər də səsləndirilib. 

BAKU.WS-in məlumatına görə, müharibə veteranları üçün təyin olunan aylıq 80 manat müavinətin nə qədər artırılacağı hələlik məlum deyil. 

Nəzərə almaq lazımdır ki, müharibə iştirakçılarına verilən 80 manat müavinət həm də kommunal xidmətlərin xərcinin ödənilməsi məqsədi daşıyır. Bu səbəbdən həmin məbləğin kommunal xidmətlərin xərcinə uyğunlaşdırılması şərtdir. Çünki 80 manat müəyyənləşdiriləndə kommunal xidmətlərin xərcləri nisbətən az olub. 

Bu məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov da danışıb və müavinətin iki dəfə artırılmasını təklif edib:

"Milli Məclisə edilən təklf reallaşarsa, bütün müharibə iştirakçılarına şamil ediləcək. Parlamentdə müzakirələr zamanı bizim təklifimiz veteran pulunun iki dəfə artırılması ilə bağlı olub. Biz 80 manat formalaşan dövrdən xərclərin dəyişməsini görürük. Həmin xərclərdə artım faizi, inflyasiya səviyyəsi nəzərə alınaraq iki dəfə artım (160 AZN) olmasını təklif etmişik". 

Orxan Hüseyn
BAKU.WS