SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində rəqs ansamblının və hərbi orkestrin iştirakı ilə bədii proqram nümayiş olunub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, proqramda, həmçinin, “Qarabağ şikəstəsi” səsləndirilib.

*** 11:50

Üç il ərzində Monitorinq mərkəzi üç ölkənin hərbiçilərinin Azərbaycan torpağında daimi sülh naminə uğurlu əməkdaşlığının nümunəsi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə-Rusiya monitorinq mərkəzinin bağlanması münasibətilə təşkil edilən tədbirdə Rusiya Federasiyasının Qərargah rəisinin müavini general polkovnik Sergey İstrakov deyib.

***11:35

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilir.

BAKU.WS Oxu.az-a istinadən bununla bağlı görüntüləri təqdim edir:

***10:38

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, tədbir təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.
Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.

Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.

BAKU.WS
VİDEO

VİDEO