SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

***15:09

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

E.Süleymanovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.

***14:59

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.

O, aprelin 25-də günorta saatlarında 87 yaşında vəfat edib.

***14:31

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutur.

***14:14

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

BAKU.WS Report-a istinadən xəbər verir ki o, 87 yaşında dünyasını dəyişib.

Hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.

BAKU.WS