Elmira Süleymanova dəfn olunub - YENİLƏNİB
Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.
***15:09
Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
E.Süleymanovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.
***14:59
Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.
O, aprelin 25-də günorta saatlarında 87 yaşında vəfat edib.
***14:31
Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutur.
***14:14
Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.
BAKU.WS Report-a istinadən xəbər verir ki o, 87 yaşında dünyasını dəyişib.
Hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir.
Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
Hadi Rəcəbli dəfn olunub - YENİLƏNİB-3
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli dəfn olunub. “Report” xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəb...