Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı – FOTO

Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı – FOTO
Hadisə 1347
Binəqədidə avtoxuliqanlıq edən sürücü yol polisləri tərəfindən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı – FOTO
Polis əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.Belə ki, Ağdam rayon sakini Əliyev Loğman Ramiz oğluna 99 SP 502 dövlət qeydiyyat nişanlı “İnfiniti FX 35” markalı avtomobillə hərəkətdə olan zaman yol polisləri tərəfindən ona saxla işarəsi verilib.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı – FOTO
Amma sürücü nəqliyyat vasitəsini saxlamayaraq hərəkətini davam etdirib.Bu zaman sürücü avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı və əhalinin dincliyini pozaraq dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.Sürücü saxlanılan zaman məlum olub ki, o avtomobili idarə etmək hüqüqu olmadan sükan arxasına keçib.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı – FOTO
Sürücü barəsində Dövlət Yol Polisi Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı – FOTO
Məhkəmənin qərarına əsasən Loğman Əliyev İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələrinə 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub və 500 manat məbləğində cərimə edilib.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı – FOTO
Qeyd edək ki, avtoliqanlıq edən L.Əliyevin ikinci qrup əlil olduğu və etdiyi hərəkətdən səmimi peşmançılıq hissi keçirdiyi nəzərə alınaraq barəsində məhkəmə tərəfindən inzibati qaydada həbs qərarı çıxarılmayıb.

Oxşar xəbərlər

Bakıda "avtoşluq" edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi (VİDEO)

Bakıda "avtoşluq" edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi (VİDEO)

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bunun...

3609 Sosial 16:53 20 iyul 2019

Son xəbərlər