Azərbaycanda tanınmış tiktoker həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
"Beniz" ləqəbli məşhur tiktoker həbs olunub.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, ötən gün 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.
Oxşar xəbərlər
Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb
"Taxtakörpü-Ceyranbatan" su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində bir nəfər suda batıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (F...