Azərbaycanda məktəbə gedən şagird transformatorda yandı
 
                            
                            
                                26
                                sen
                            
                                2019
                                12:46
                            
                            
                        Tovuz rayonunda bədbəxt hadisə baş verib.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Bozalqanlı kəndində 7-ci sinif şagirdi Kamil Telman oğlu Əhmədov məktəbə gedərkən onu küçədə elektrik cərəyanı vurub.Belə ki, uşaq kəndin ərazisində elektrik transformatorunun yanından keçərkən naqil qırılıb. Uşaq həmin naqilə toxunub və onu elektrik cərəyanı vurub.Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.Faktla bağlı araşdırma aparılır.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Azərbaycanda fermer faciəvi şəkildə öldü: dörd bacının yeganə qardaşı idi - FOTO
Salyan rayonunun Seyidlər kəndində bədbəxt hadisə nəticəsində fermer təsərrüfatının sahibi olan 1981-ci il təvəllüdlü Əzizov Fərəc Əziz oğlunu kənddəki maşın yu...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    