Gənc oğlan bədbəxt hadisənin qurbanı oldu

Gənc oğlan bədbəxt hadisənin qurbanı oldu
Hadisə 681
Cəlilabadda 25 yaşlı gənci elektrik cərəyanı vurub.BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, hadisə rayonda "İran bazarı" kimi tanınan ticarət mərkəzində baş verib.Belə ki, bazardakı dükanların dam örtüyünü dəyişən ustaya kömək edən rayon sakini Mürtəza Həsənoğlu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə o yerindəcə keçinib.Gəncin meyiti müayinə olunduqdan sonra adiyyatı üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər