İstirahətə gedən gənci çimərkən “tok” vurub öldürdü

27
may
2019
14:40
Bakıdan Qubaya ailəsi ilə birlikdə istirahətə gedən gənc faciəvi şəkildə ölüb.BAKU.WS xəbər verir ki, hadisə ötən gün saat 12:20 radələrində Quba şəhəri, Xəqani küçəsi, ev 43 ünvanında yerləşən mənzildə baş verib.Belə ki, Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Ramiz Mahir oğlu Kərimli kirayə tutduqları evdə çimərkən faciə baş verib.Hamam otağında çimərkən elektriklə işləyən, kustar üsulla hazırlanmış su qızdırıcısının tenindən keçmiş elektrik cərəyanı Ramiz Kərimlini vurub. O, hadisə yerində ölüb.Məlumatla əlaqədar rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.Material üzrə məhkəmə-tibb ekspertizası təyin edilərək meyit MTE və PA ETT birliyinin Quba rayon şöbəsinin meyitxanasna göndərilib.Faktla bağlı olaraq rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 18 yaşlı qız intihara cəhd edib
Ötən gün axşam saat 21 radələrində Bakının Xətai rayonunda gənc qız intihara cəhd edib.BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis b...
