Bakıda 18 yaşlı qız intihara cəhd edib

17
may
2019
10:45
Ötən gün axşam saat 21 radələrində Bakının Xətai rayonunda gənc qız intihara cəhd edib.BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis bölməsindən Xətai rayon prokurorluğuna məlumat daxil olub.Bildirilib ki, Ağcəbədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində yerləşən fərdi yaşayış evində yaşayan 02.04.2001-ci il təvəllüdlü Qəhrəmanova Günel Ədalət qızının yaşadığı evdə dərman həbi qəbul edib zəhərlənərək 1 saylı Şəhər Kliniki xəstəxanasının Toksikologiya şöbəsinə aparılması barədə məlumat daxil olub.Məlumat əsasında Xətai rayon prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib.Daha sonra Günel Qəhrəmanova barəsində məhkəmə-tibbi ekspertizası təyin edilib.Hazırda Qəhrəmanova Günel Ədalət qızının səhhətilə əlaqədar dindirilməsi mümkün deyil, 1 saylı Şəhər Kliniki xəstəxanasının Toksikologiya şöbəsində 1 müalicə alır.Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Bakıda gənc qadının başına oyun açdılar
Bakının Xətai rayonunda gənc qadını döyərək qarət ediblər.BAKU.WS xəbər verir ki, bu barədə 1980-cı il təvəllüdlü Gülnarə Qədim qızı Əliyeva Xətai rayon Polis İ...
