Bakıdakı dəhşətli yanğınla bağlı ŞOK XƏBƏR: 30 ölü (VİDEO, FOTO)
02
mar
2018
10:12
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir. BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb. Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır. Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb. BAKU.WS
Oxşar xəbərlər
Narkoloji Mərkəzindəki böyük yanğınla bağlı rəsmi məlumat (VİDEO)
Fövqəladə Hallar Nazirliyi Respublika Narkoloji Mərkəzindəki yanğınla bağlı rəsmi məlumat yayıb. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai r...