Azərbaycanda I yarımildə qida zəhərlənmələri ən çox iyun ayında baş verib
Bu ilin I yarımili üzrə (yanvar-iyun) Azərbaycanda qida zəhərlənmələri ilə bağlı 197 müraciət olub.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, həmin müraciətlərdən 67-si öz təsdiqini tapıb.
Həmin müddətdə baş verən hadisələrdə 390 nəfər qida zəhərlənməsi ilə əlaqəli qeydiyyata alınıb.
Təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin sayı altı ay üzrə 195 nəfər olub. Zəhərlənənlərin sayı daha çox iyun ayında qeydə alınıb. Belə ki, həmin ay 62 nəfər qidadan zəhərləndiyi təsdiq olunub. Yanvar ayında bu göstərici 20, fevralda 23, martda 17, apreldə 39, mayda 34 olub.
Ümumilikdə hesabat dövründə zəhərlənmə səbəbindən ölüm faktı qeydə alınmayıb.
Oxşar xəbərlər
KMBİ maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi saxladı
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən rəqəmsal mühitdə, xüsusilə "WhatsApp" ani mesajlaşma sistemi və sosial şəbəkələr vas...