Azərbaycanda əməliyyat - 143 əcnəbi saxlanıldı
22
may
2019
14:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 143 əcnəbi saxlanılıb.BAKU.WS xəbər verir ki, onlardan 5-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbirlər zamanı aşkar olunub.Saxlanılmış 8 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 6 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 128 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.Miqrasiya qanunvericiliyini pozan 129 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda 140 qanunsuz miqrant saxlanılıb
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 nəfər əcnəbi saxlanılıb.Qurumdan BAKU.WS-ə veri...