Bakıda küçə ticarəti və dilənçiliklə məşğul olan əcnəbilər saxlanıldı (VİDEO)
31
may
2018
11:46
Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14-ü Pakistan, 7-si Türkiyə və 2-si Nigeriya vətəndaşı olmaqla, ümumilikdə 23 əcnəbi saxlanılıb.Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, saxlanılmış Pakistan vətəndaşlarından 9 nəfərin ölkəmizin ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olduğu və 1 nəfərin dilənçilik etdiyi məlum olub.Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə olma və yaşama qaydalarını pozduqları müəyyən edilib.Saxlanılmış əcnəbilərdən Nigeriya və Türkiyə vətəndaşlarının ölkəni tərk etmələri təmin edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qanunsuz yaşayan əcnəbilər aşkarlandı - FOTO
Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.DMX-dən BAKU.WS-ə verilən məlumçata görə, qanunsuz miqrasiya...