Azərbaycanda qanunsuz yaşayan əcnəbilər aşkarlandı - FOTO

Azərbaycanda qanunsuz yaşayan əcnəbilər aşkarlandı - FOTO
Hadisə 3850
Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərini da­vam etdirir.DMX-dən BAKU.WS-ə verilən məlumçata görə, qa­nun­suz miqrasiyaya qarşı həyata keçirilən təd­bir­lər za­ma­nı 56 nəfər əcnəbi aşkar edilib. Onlardan 13-ü Hindistan, 12-si Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan və­­tən­da­şıdır. Həmin şəxslərdən 38 nəfəri Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mər­kə­zin­də yerləşdirilib.Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyr-qanuni ola­raq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan Respublika­sı­nın əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameshin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Tür­ki­yəyə göndərilmək adı altında Azərbaycana gə­ti­ril­mələrinin və burada yerləşdirilmələrinin təşkil edildiyi müəyyən edilib. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçiril­mək­lə leqalla­şacaqlarına vəd verilib və qanunsuz miqranta çevril­mə­lə­ri­nə şə­rait yaradılıb. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və­­tən­da­şları və saxlanılan əcnəbilərdən İran və­tən­­­­daş­­­ları­nın ölkəni tərk etmələri tə­min edilib, digər şəxslərin Azərbaycan Res­­publikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq təd­bir­­lər görülür.BAKU.WS

Oxşar xəbərlər

24 nəfər qanunsuz miqrant sax­­­la­nıl­ıb

24 nəfər qanunsuz miqrant sax­­­la­nıl­ıb

Dövlət Miqrasiya Xidməti (DMX) tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərİ da­vam etdirilir.DMX-dan BAKU.WS-ə verilən məlumata görə, qanuns...

962 Hadisə 20:32 27 fevral 2018

Son xəbərlər