Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldı (FOTO)

Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldı (FOTO)
Hadisə 1880
Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.Qurumdan BAKU.WS-ə verilən məlumata görə, martın 8-9 -da DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində 3 halda dörd nəfər əcnəbi və bir nəfər Azərbaycan vətəndaşı tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınmışdır.Martın 8-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan isti­qamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Buka­vadze Sara Röv­şən qızı sərhəd pozucusu qismində saxla­nılıb.9 mart tarixində Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respubli­kası istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 Özbəkistan vətəndaşı – 1989-cu il təvəllüdlü Yerjaşeva Mav­hudxov Qafurovna sərhəd pozucusu qismində saxlanıl­ıb.Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.BAKU.WS
Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldı (FOTO)
Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldı (FOTO)
Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldı (FOTO)
Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldı (FOTO)

Oxşar xəbərlər

Son xəbərlər