Sərhəd zastavasının ərazisində gizlədilən silah-sursat aşkarlandı

16
avq
2017
18:20
Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədindən terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.DSX-nın mətbuat mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, “Şəmkir” sərhəd dəstəsinin “Keşikçidağ” sərhəd zastavasının xidməti ərazisində gizlədilən halda istifadəyə yararlı olan 1 ədəd “Naqan” tipli tapança, 2 ədəd siqnal tapançası, avtomat daraqları, külli miqdarda patron və digər hərbi sursat aşkar edilərək götürülüb.Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər
DTX və DSX birgə əməliyyat keçirdi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları birgə əməliyyat keçirib. DTX-nin Mətbuat Mərkəzindən bildirilib ki, tədbirlər nə...