Azərbaycanda ağır qəza - 8 nəfər xəsarət aldı

21
avq
2019
10:27
Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.BAKU.WS xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsindən "Report"un Şimal bürosuna verilən məlumata görə, rayonun Eynibulaq kənd sakini, 1994-cü il təvəllüdlü Mirnağı Həşimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Siyəzən şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.Nəticədə, ümumilikdə, 8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.Yaralılardan 6-nın xəsarəti yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. "VAZ 2107"nin sürücüsü M.Həşimovun və sərnişininin xəsarətləri ağır olduğundan mərkəzə yerləşdiriliblər.Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Yol qəzası bir ailəni pərişan etdi – Ölən və yaralılar var
Qobustan-Xilmilli yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, 1984-cü il təvəllüdlü Nemət Mahmud oğlu Abdullayevin idarə etdiyi...
