Azərbaycan mədəniyyətinə ağır itki - FOTO
Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi Gülarə Məcidova dünyasını dəyişib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, o, martın 12-də 77 yaşında vəfat edib.
Qeyd edək ki, Gülarə Həsən qızı Məcidova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olub.
O, 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1972-ci ildə isə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirib.
Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Gülarə Məcidova təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan tanınmış fırça ustası idi.
Onun məharətlə yaratdığı əsərlər Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırıb.
“Kənd həyəti”, “Baharın gəlişi”, “Buzovnada məhəllə”, “İçərişəhərdə günorta” adlı tablolar onun Doğma Vətəninə olan sonsuz məhəbbətinin təzahürüdür.
Eyni zamanda Gülarə Məcidovanın sevimli qəhrəmanı qadın idi. O, “Orta əsr Azərbaycan qadını”, “Kənd toyu” əsərləri ilə istedadlı və gözəl xanımlarımızın obrazlarını yaradaraq onların zəngin daxili mənəvi aləmini ustalıqla açıqlaya bilib.
Gülarə Məcidova 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 1972-1995-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda rəsm fənnini tədris etmişdir.
1980-ci ildən mütəmadi olaraq Türkiyədə, Moskvada, Qazaxıstanda və başqa ölkələrdə keçirilən sərgilərdə, beynəlxalq Simpoziumlarda iştirak etmişdir.
2013-cü ildə fərdi yaradıcılıq sərgisini keçirmişdir. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçı olub.
Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Evli kişi dayısı qızını qaçırıb təcavüz etdi - Gəncədə cinayət
Dayısı qızına qarşı təcavüzdə təqsirli bilinən Zərdab rayon sakini, 1990-cı il təvəllüdlü Şöhrət Əliheybətlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb....