Azərbaycanda ŞOK OLAY: Çobana bulaq başında təcavüz edildi

Azərbaycanda ŞOK OLAY: Çobana bulaq başında təcavüz edildi
Hadisə 15724
 

Daşkəsən rayonunda çobana qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş 1985-ci il təvəllüdlü Şöhrət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS teleqraf.com-a istinadən xəbər verir ki, Şöhrət Məmmədov 29 iyul 2015-ci il tarixdə axşam saatlarında yaxın münasibətdə olduğu Elmidar Bayramov və digər dostları ilə Gəncə şəhərində birlikdə yemək yeyiblər. Şöhrət Məmmədov spirtli içki içəndən sonra Elmidar Bayramovun ona qurbanlıq kəsmək üçün söz verdiyini xatırladıb.

O, daha sonra xırdabuynuzlu heyvanı götürmək məqsədilə Elmidar Bayramovun yay mövsümü ilə əlaqədar müvəqqəti məskunlaşdığı Daşkəsən rayon Kəmərqaya kəndi ərazisində yerləşən yaylaq sahəsinə gəlib.

Şöhrət Məmmədov yaylaqda alaçıqda yenidən Elmidar Bayramov və orada olan digər şəxslərlə bir yerdə yeyib-içib. Sonra Şöhrət Məmmədov sərxoş vəziyyətdə, onunla bir yerdə yemək yemiş, əvvəldən tanıdığı Elmidar Bayramovun heyvanlarına baxaraq çobanlıq etməklə orada yaşayan Vahid Pirverdiyevə (ad və soyad şərti göstərilib) qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətinə düşüb.

Şöhrət Məmmədov bu niyyətini həyata keçirmək məqsədi ilə bulaqdan su içməyi bəhanə edərək, Vahidi alaçıqdan kənara, qaranlıq və digərlərinin görə bilməyəcəyi istiqamətdə yerləşən bulağın yanına aparıb.

Şöhrət Məmmədov orada Vahidə qarşı zor tətbiq etməklə onun baş və sifət nahiyyəsindən əli ilə bir neçə dəfə vurub. Şöhrət Məmmədov Vahidi döyəndən sonra ona qarşı seksual xarakterli hərəkətlər edib. 

Vahid baş verən hadisə ilə bağlı Daşkəsən rayon polis şöbəsinə şikayət edib. Onun şikayəti əsasında Şöhrət Məmmədov həbs edilib.

Şöhrət Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə cinayət işi başlanıb.

Daşkəsən rayon Məhkəməsinin hökmü ilə Şöhrət Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şöhrət Məmmədovun vəkili Hümbət Salahov apelyasiya şikayəti verib. Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsə birinci instansiya məhkəməsi tərəfindən ağır cəza təyin edilib. Apelyasiya şikayətində müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.

Vəkilin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmə prosesində apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edən vəkil əlavə olaraq qeyd etdi ki, Şöhrət Məmmədov ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilir, baş verənlərdən peşmandır, 2 azyaşlı övladı var, həyat yoldaşı işləmir, ailənin maddi təminatı ondan asılıdır: "Həmçinin zərərçəkmiş tərəflə barışıq əldə olunub. Göstərilənlərin nəzərə alınmasını, Şöhrət Məmmədovun cəzasının yüngülləşdirilməsini xahiş edirəm".

Təqsirləndirilən Şöhrət Məmmədov vəkilinin yazdığı apelyasiya şikayətinin dəlilləri ilə razılaşdığını bildirib. O, qeyd edib ki, törətdiyi əməldən peşmandır: "Vahidə qarşı seksual hərəkətlər edərkən sərxoş olmuşam. Bildirim ki, həmin vaxt sərxoşluqdan özümdə olmamamışam".

Zərərçəkmiş şəxs Vahid Pirverdiyev məhkəmə kollegiyasının iclasında iştirak etməyib. Onun məhkəməyə göndərdiyi ərizədən qeyd olunub ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.

Dövlət ittihamçısı Qalib Rizvanov apelyasiya şikayətinin dəlillərinə etiraz edib. O, hökmün dəyişdirilmədən saxlanılmasını istəyib. Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Şöhrət Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər