Azərbaycanda vəzifəli şəxslərin öldüyü qəzanın təfərrüatları məlum olub

Azərbaycanda vəzifəli şəxslərin öldüyü qəzanın təfərrüatları məlum olub
Hadisə 1616

Dünən Daşkəsən rayonunda vəzifəli şəxslərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb. BAKU.WS-in məlumatına görə, Daşkəsən rayon Polis Şöbəsindən lent.az-a bildirilib ki, Bayan kəndi ərazisində, Qoşqar çayın üzərindəki körpüdən avtomobili aşıran rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, 63 yaşlı Hacı Məmmədov hadisə vaxtı sərxoş vəziyyətdə olub.   Bəlli olub ki, H.Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin rəhbəri, 1984-cü il təvəllüdlü Elvin Haqverdiyev Gəncədə yaşayır və onlar hər gün birlikdə Gəncədən Daşkəsənə - işə gedib gəlirmiş. Dünən də adəti üzrə hər iki vəzifəli şəxs axşam saatlarında Gəncəyə yola düşüb. Lakin yola düşməzdən əvvəl nahar edərkən spirtli içki qəbul edən H.Məmmədov yolda ehtiyatsızlıq edib və avtomobil idarəetmədən çıxaraq 20 metr yüksəklikdəki körpüdən dərəyə aşıb. H.Məmmədov hadisə yerində, E.Haqverdiyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.   Qeyd edək ki, qəzaya uğrayan avtomobil rayon Mədəniyyət və Turizm şöbəsinə məxsus olub.   Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxsin oğlu kredit borcuna görə özünü asdı

Azərbaycanda vəzifəli şəxsin oğlu kredit borcuna görə özünü asdı

Ağdaşda intihar hadisəsi baş verib. Vəzifəli şəxsin oğlu özünü asıb. BAKU.WS-in məlumatına görə, lent.az-a istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il t...

5136 Hadisə 11:45 22 yanvar 2016

Son xəbərlər