Axtarışda olan şəxs həbsxananın qarşısında ələ keçdi
28
dek
2017
23:36
Bu gün saat 17:00 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.Əməliyyat nəticəsində axtarışda olan Naxçıvan MR Babək rayonu, Ceşməbazar kənd sakini, 1991-ci il təvəllüdlü, Dünyamalıyev Şirin Əhliman oğlu həbs edilib.O, Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin qarşısında saxlanılaraq istintaqa təhvil verilib.Qeyd edək ki, 26 yaşlı gənc Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) ittiham olunur.BAKU.WS
Oxşar xəbərlər
Bakıda gecə klubunda rəqs üstündə qan töküldü
Ötən gecə Bakının Nizami rayonu, Neftçilər metrosu yaxınlığında yerləşən "Arbotaj” gecə klubunda müştərilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələn...