Bakıda qəbirdən avtomat çıxdı (FOTO)
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları Bakıda əməliyyat keçiriblər.
Bu barədə BAKU.WS-ə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, avqustun 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı Şəhəri Suraxanı Rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonunun Zığ qəsəbəsindəki qəbristanlığın ərazisində xüsusi üsul ilə gizlədilmiş 1 ədəd "AKS" tipli, 5,45 kalibrli avtomat silah aşkar edilərək götürülüb.
Fakt üzrə Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Akif Çovdarov özünü asıb?
"Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun intihar etməsi ilə...