Ata Abdullayev şərti azadlığa buraxılıb
Ata Abdullayev məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən, cəzasının çəkilməmiş hissəsindən azad edilərək şərti azadlığa buraxılıb.
***
Həbsdə olan bloger Ata Abdullayev azadlığa buraxılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı qərarı Xəzər Rayon Məhkəməsi qəbul edib.
Xatırladaq ki, bloger 2021-ci ilin mart ayında həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Ata Abdullayevin azadlığa buraxılması ilə bağlı ilkin məlumatı "bakues.az" saytı yayıb.
Oxşar xəbərlər
Həbsdə olan oğlunu azad etdirəcəyini dedi, minlərlə manatı ələ keçirdi
Səbail rayonunda yaşayan sakinlərdən biri 4500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib. BAKU.WS Oxu.Az-a istinadən...