Aslan İsmayılov Binəqədi Rayon Polis İdarəsində dindirilib
16
okt
2017
21:50
Bu gün hüquqşünas Aslan İsmayılov Binəqədi Rayon Polis İdarəsinə çağırılıb. BAKU.WS-in məlumatına görə, A. İsmayılov APA-ya açıqlamasında bildirib ki, idarədə müstəntiq İlqar Həmidov ondan izahat alıb:"Məndən qanun çərçivəsində izahat aldılar. Mən də nə varsa, hamısını dedim. Mənə qarşı ittiham qaldırılıb ki, guya mən məhkəmənin qapısını sındırmışam, təhqir etmişəm, məhkəməyə hörmətsizlik etmişəm".A. İsmayılov bu ittihamla razılaşmadığını bildirib. Qeyd edək ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov Aslan İsmayılov haqqında Cinayət Məcəlləsinin 221.1. (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə cinayət işi başlayıb.BAKU.WS
Oxşar xəbərlər
Binaların zirzəmilərindən oğurluq edənlər tutulub
Əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların sökülərək oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilmə...