ARB-nin əməkdaşı faciəvi şəkildə öldü (FOTO)
28
dek
2017
11:45
Türkiyənin Kocaeli ərazisində azərbaycanlı gənc faciəvi şəkildə ölüb.BAKU.WS-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisə Tavşanlı məhəlləsində meydana gəlib. Əldə olunan məlumata görə, həmyerlimiz Seyid Əli Səlimov fabrikdə parçalama mikserinin qazanını təmizləmək istəyib. 27 yaşlı gənc qazanın içində olarkən digər bir işçi aparatı işə salıb. Səlimov həmin cihazın içində qalıb və digər işçilər onu çıxarmağa çalışıb. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Müdaxilələrə baxmayaraq Seyid Əli hadisə yerində dünyasını dəyişib. Gebze Baş Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Seyid Əli QTV onlayn kanalının və ARB Şəkinin əməkdaşı olub.BAKU.WS
Oxşar xəbərlər
Bakıda gənc dizayner faciəvi şəkildə öldü (FOTO)
Bakıda 22 yaşlı qız dəm qazından ölüb.BAKU.WS-in məlumatına görə, lent.az xəbər verir ki, Binəqədi rayonu Ənvər Əlixanov küçəsi 89 ünvanında yaşayan 1995-ci il...