Anası narkotikə alışdırılmış azyaşlı işgəncələrə məruz qalır? - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda azyaşlı anasının rəfiqəsi tərəfindən şiddətə məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Onun sözlərinə görə, azyaşlı Mədinənin anasının sevgilisi tərəfindən narkotikə alışdırılması iddia edilib:
“Bu barədə azyaşlının xaricdə yaşayan qohumları bildirib. Mədinənin anası barəsində məlumatlar aidiyyəti qurumlara göndəriləcək”.
“Ümid edirəm ki, faktlar təsdiqini tapdıqda azyaşlı ilə bağlı obyektiv qərar çıxarılacaq. Onun anasının müalicə və reabilitasiyası ilə bağlı işlər aparılacaq”, - deyə K.Ağazadə qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ araşdırılır: “Məsələ barədə məlumatlıyıq, hazırda müvafiq araşdırma aparılır”.
Oxşar xəbərlər
Prokurorluq sevgilisi ilə azyaşlı uşağının dilini qoparan ananın məsələsini nəzarətə götürdü - YENİLƏNİB - FOTO
Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokur...