Prokurorluq sevgilisi ilə azyaşlı uşağının dilini qoparan ananın məsələsini nəzarətə götürdü - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”, - deyə qurumdan vurğulanıb.
***15:01
Azərbaycanda beş yaşlı uşaq anası və sevgilisi tərəfindən zorakılığa məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində paylaşım edib.
Onun yazdığına görə, bir neçə gün əvvəl anası tərəfindən beş yaşlı uşaq nənəsinin əvvəllər çalışdığı kafeyə atılıb.
“İşçilər nənəyə zəng vurub dedi ki, uşaq ölür... Azyaşlı xəstəxanaya yerləşdirildi. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Dünən xəstəxanada olduq, çəkilişimizi də Daxili İşlər Nazirliyinə göndərmişik. Təhqiqat gedir. Bu gün nənə ilə də görüşdüm.
Nənə uşağa bunu edənin qızı Səadət ilə onun sevgilisi Kamran adlı şəxs olduğunu iddia edir. Uşağın bədənində siqaret izləri, qançırlar, dilinin qoparılması, toxumaların çürüməsi ona edilən ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, onu Kamran döyüb. “Dilimi də o dişlədi... Anam da oradaydı...
Nənənin dediyinə görə, Kamran tərəfindən daha öncə də uşağa qarşı zorakılıq olub. Sonra o, üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir...“patı”... Gerisini aidiyyəti qurumlara buraxıram”, - deyə K.Ağazadə əlavə edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, hadisə hüquq-mühafizə orqanlarının nəzarətindədir. Bununla bağlı ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...