Anası erməni olan sabiq rəis hakim qarşısına çıxarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, R. Məmmədov sualları cavablandırıb. Bildirib ki, idarənin strukturu Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşdirilib. O, işçilərin kart vasitəsilə maaş aldıqlarını deyib. R. Məmmədov qeyd edib ki, həyat yoldaşının xalası Xuraman Qasımova onların idarəsində baş mühasib, həyat yoldaşı isə idarənin kommunal xidmətlər şöbəsində çalışıb, həyat yoldaşı iki dəfə analıq məzuniyyətinə çıxıb.
Onun sözlərinə görə, qayını Azər Əsgərov beynəlxalq şöbədə çalışıb: "Onun işi xarici qonaqları qəbul etmək, bayrağı təbliğ etmək və ərazidə aparılan işlərə nəzarət etməkdən ibarət idi. Onların maaşları ştat cədvəlinə əsasən maliyyə idarəsi tərəfindən hesablanırdı. İsfəndiyar İsfəndiyarovu və Arzu Məmmədovu 2013-cü ildə tanımışam. Qaynım Azər Əsgərov demişdi ki, bizim binanın altında üç obyekt satılır. Mən də həmin obyektləri almaq üçün İsfəndiyara 6 milyon vermişəm”.
Daha sonra prosesdə İsfəndiyar İsfəndiyarov ifadə verib. Təqsirləndirilən şəxs bildirib ki, Zabil Salmanova məxsus obyekti almaq üçün vasitəçilik edib.
Məhkəmə prosesi iyunun 7-də davam edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Hacı Məmmədovdan yeni xəbər var
Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Naz...