Ali məktəbi yüksək nəticə ilə bitirən tələbə həyatını itirdi
11
okt
2024
08:02
Naxçıvan Dövlət Universitetinin (NDU) məzunu vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsi məlumat paylaşıb.
Bildirilib ki, yüksək ortalama ilə bakalavr məzunu, Bakı Musiqi Akademiyasının magistr tələbəsi Sərvət İbrahimov dünən qəflətən ürək çatışmazlığından dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, Sərvət İbrahimov dünən axşam saatlarında Naxçıvanda iştirak etdiyi nişan mərasimində qəflətən halı pisləşib.
Təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.
Oxşar xəbərlər
Sabunçuda 19 kiloqramdan artıq narkotik aşkarlanıb
Bakının Sabunçu rayonunda 19 kiloqramdan artıq narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayon ərazisi...