Ağdamda tələbə dərmandan zəhərlənib
17
fev
2026
17:12
Ağdam rayonunda zəhərlənmə faktı qeydə alınıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 2007-ci il təvəllüdlü A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.
O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.
A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Təcili yardım beyninə qan sızan xəstənin çağırışına niyə gəlməyib? - TƏBİB açıqladı
19.10.2026-cı il tarixində "Instagram" sosial şəbəkəsində 103 xidmətinə edilən zənglərin aidiyyəti rayon əvəzinə qonşu rayonun dispetçer xidmətinə yönləndirilmə...