Ağdamda əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti açıqlandı
Ağdam rayonunda əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd edilib ki, bu gün saat 10 radələrində bir nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Oxşar xəbərlər
Təcili yardım beyninə qan sızan xəstənin çağırışına niyə gəlməyib? - TƏBİB açıqladı
19.10.2026-cı il tarixində "Instagram" sosial şəbəkəsində 103 xidmətinə edilən zənglərin aidiyyəti rayon əvəzinə qonşu rayonun dispetçer xidmətinə yönləndirilmə...