Ağcabədidə ağır qəza: Avtomobil dirəyə çırpıldı, iki nəfər öldü, üç nəfər yaralandı

16
may
2021
19:28
Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölənlər və xəsarət alanlar var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib.
Hərəkətdə olan “VAZ 2106” markalı, 06-BG-270 dövlət nömrə nişanlı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb.
Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb.
Avtomobildə olan üç sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Ölən və xəsarət alanların kimliyi araşdırılır.
Oxşar xəbərlər
Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var - VİDEO
Bakı - Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb. BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Sumqayı...
