Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var - VİDEO

Bakı - Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
Sumqayıtdan Bakı istiqamətinə hərəkətdə olan "Mercedes Sprinter" markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb qarşı hərəkət istiqamətinə keçib.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Sumqayıtda baş verən qəzada 1 nəfər ölüb.
TƏBİB-dən verilən məlumata görə, hadisə mikroavtobusu vurması nəticəsində baş verib.
Piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.
Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Magistral yolda YPX-nın düşdüyü dəhşətli qəza anı - VİDEO
Bakı-Qazax avtomagistralının Hacıqabuldan keçən hissəsində yol polisi avtomobilinin qəzaya uğrama anı kameraya düşüb. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki,...
