Aerport yolundakı AĞIR QƏZANIN ANBAAN VİDEOSU
Bu gün səhər saatlarında Aeroport şosesi, mərkəz istiqamətində hərəkət edən minik avtomobili yük maşınına çırpılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
"Bu cür qəzaların olmaması üçün sürücülər sadəcə həyat üçün vacib olan iki nüansa məsuliyyətlə yanaşmalıdırlar.
1. Onlar yorğun və yuxusuz halda sükan arxasına keçməməlidirlər;
2. Yolda diqqəti yayındıracaq hərəkətlərə yol verməməlidirlər.
Bu hadisə bir daha onu göstərdi ki, yollar edilən səhvləri bağışlamır",- deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Frankfurt-Dehli sərnişin təyyarəsi nasazlıq səbəbindən Bakıya məcburi eniş edib
25 avqust tarixində Frankfurt-Dehli marşrutu üzrə hərəkət edən "Lufthansa" aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Bey...