Abşeron Rayon Polis İdarəsi Novxanıdakı yürüşlə bağlı məlumat yayıb
31
yan
2019
17:14
Bu gün Novxanıda Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Abşeron Rayon Polis İdarəsindən bildirilib. İdarədən verilən məlumata görə, Azərbaycan Xalq Partiyası, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası,sonra isə Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası nümayəndələri, ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər.Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.BAKU.WSOxşar xəbərlər
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətini...