Qusar və Xaçmaz da şəhidlər dəfn edildi. ANS PRESS-in məlumatına görə, Qusarın Cağarqışlaq kəndindən olan, 20 yaşlı Əmiraslan Xəlil oğlu Xeyirbəyov öz kəndində torpağa tapşırılıb. 

Xaçmazdan olan 22 yaşlı Elvin Azadxan oğlu Mirzəyevi də artıq dəfn edilib. 

Bu gün Neftçala da daha bir şəhidimiz torpağa tapşırılacaq. İki uşaq atası olan mayor İmanov Samid Güloğlan oğlu Neftçala rayonu Həsənəbad kəndində dəfn ediləcək.  

Masallıda şəhid dəfn edilib. Azərbaycan Milli Ordusunun şəhid olan əsgəri 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadə bu gün doğulduğu Masallı rayonunun Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Dəfn mərasimində yaylım atəşi açılıb.  F. Bağırzadənin tabutuna bürünən Azərbaycan bayrağı şəhidin ailə üzvlərinə təqdim olunub.
 

 

 

 

 

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə Şabran rayonu da şəhid verib. Rayonun Zeyvə kəndi bu gün şəhidini torpağa tapşıracaq. 24 yaşlı kiçik gizir Babək Vəfadar oğlu Abidov qəhrəmancasına Vətən yolunda şəhid olub. O, hərbi xidmətə 2010-cu ilin iyul ayından çağırılıb.

Artıq nəşi ailəsinə təhvil verilən şəhid bu gün doğulduğu kənddə torpağa tapşırılacaq. 

Allah rəhmət eləsin!
 
BAKU.WS