Daha bir neftçinin meyiti dəfn edildi (FOTO)
"Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçi, Xaçmaz rayonunun Xudat şəhər sakini Rzaxanov Edik Rivazin oğlu aprelin 8-də dəfn olunub.
BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, dəfn mərasimində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.
Edik Rzaxanov "28 May” neft və qazçıxarma idarəsinin 10 nömrəli dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri vəzifəsində çalışırdı. O, keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.
"28 May” neft və qazçıxarma idarəsinin rəisi Rövşən Qarayev bildirib ki, dekabrın 4-də "Neft daşları”ndakı 501 nömrəli və "Günəşli” yatağındakı 10 nömrəli dəniz özüllərində baş verən qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı davam etdirilir. 30 yaşlı Edik Rzaxanovun cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib. DNT analizindən sonra aşkar edilmiş cəsədin ona məxsusluğu məlum olub. İdarə rəisi qəza nəticəsində həlak olan neftçilərin ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu da vurğulayıb.
Edik Rzaxanov 7 il öncə neftçi kimi çalışmağa başlamışdı. Onun üç azyaşlı övladı var.
Edik Rzaxanov Xaçmaz rayonu Xudat şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Türkmənistan sahillərində tapılan meyitin neftçiyə məxsus olduğu aşkarlandı
Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsəd identifikasiya olunub. BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, aprelin 2-də Xəzər dən...