13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakıda məşhur mağazadan oğurluq olub.
 
BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, martın 2-də Nəsimi rayonu ərazisindəki "Emporium" mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.
 
BAKU.WS